image-n1karobka_ads
image-123
image-17488630032798651771_1200x630backend

ANAMA: May ayında 7440 hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən may ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan Doğru.az-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 321, tank əleyhinə 154 mina və 1991 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay 7440, 2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki