image-ads_n1karobka_mobile
image-1733139231808635460_1200x630backend

ANAMA: Ötən ay 4 min 707,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

image-add-a-heading

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan Doğru.az-a bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində noyabr ayı ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 456, tank əleyhinə 85 mina, 2 min 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Ümumilikdə ötən ay ərzində 4 min 707,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki