image-n1karobka_ads
image-123
image-17476389421901214570_1200x630backend

ANAMA: Ötən həftə 59 mina və 377 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mayın 12-dən 18-dək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarının nəticələrini açıqlayıb.

Doğru.az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyatlar zamanı 36 piyada əleyhinə, 23 tank əleyhinə mina və 377 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmin müddətdə 1291,8 hektar ərazi mina və sursatlardan təmizlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki