image-n1karobka_ads
image-123
image-17466810924827413241_1200x630backend

ANAMA yanında İctimai Şura üzvləri regiona səfər ediblər – FOTO

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Agentlik yanında İctimai Şuranın üzvləri ilə birgə Qazaxa səfər edib.

ANAMA-dan Doğru.az-a verilən məlumata görə, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı və maarifləndirmə fəaliyyəti istiqamətində aparılan işlərlə tanışlıq olub.

İki gün davam edən səfər çərçivəsində nümayəndə heyəti Qazax rayonunda icra edilən minatəmizləmə əməliyyatlarına baxış keçirib, rayon ərazisində partlayıcı sursatların təhlükəsinə dair xəbərdaredici-maarifləndirici lövhələrin quraşdırılması prosesində iştirak edəcək.

Daha sonra nümayəndə heyəti Agentliyin Göygöl Regional Təlim Mərkəzinə səfər edərək orada yaradılan şəraitlə tanış olub və Agentlik tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları əməkdaşlarına keçirilən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” üzrə təlim prosesini izləyib.

İşğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Agentliyin İdarə Heyəti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ağdərə rayonu ərazisində humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi əməliyyatlara baxış keçirib.

Həmçinin, heyət ANAMA-nın Laçın rayonunda yerləşən mobil bazasına baş çəkib, orada yaradılan şəraitlə yaxından tanış olaraq, şəxsi heyətlə görüş keçirib.

DOĞRU.AZ

image-17466810921520259008_1200x630 image-17466810924778933008_1200x630 image-1746681092829645749_1200x630 image-17466810921287855687_1200x630 image-17466810921256015728_1200x630 image-1746681092267753544_1200x630 image-17466810924680525905_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki