image-n1karobka_ads
image-123
image-17534410954977250076_1200x630backend

Anar Əliyev Daşkəsən və Göygöl sakinləri ilə görüşdü – FOTO

image-ad_qayo_720x110px

Yay turizm mövsümündə vətəndaş axını nəzərə alınaraq, təhlükəsizlik və ictimai asayişin təmin olunması məqsədilə müxtəlif bölgələrdə tədbirlər görülməkdədir.

Doğru.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Daşkəsən rayonunda Daşkəsən və Göygöl rayon sakinləri ilə görüş keçirib.

Görüşdən əvvəl nazir və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Görüş zamanı vətəndaşların məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və digər sosial məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da yer alıb.

Nazir hər bir müraciəti fərdi qaydada araşdıraraq müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib. Qanunvericiliyə uyğun olaraq izahatlar verilib, bəzi vətəndaşlar aktiv məşğulluq və özünüməşğulluq proqramlarına cəlb olunmaq üçün qeydiyyata alınıblar.

DOĞRU.AZ

image-1753441095575864636_1200x630 image-17534410955010011709_1200x630 image-17534410954437526482_1200x630 image-175344109540475590_1200x630 image-17534410954922238200_1200x630 image-1753441095216001896_1200x630 image-1753441095139755132_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki