image-2000x150px
image-123
image-ads_atlas
image-2backend

Anar Kərimov Norveç Krallığının Türkiyə və Azərbaycan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri ilə görüşüb – FOTO

image-728x90px

Dekabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Norveç Krallığının Türkiyə və Azərbaycan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Erling Şönsberqlə görüşüb.

Səfiri səmimi salamlayan nazir ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb. İncəsənətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.  Mədəniyyət sənayeləri, kino, musiqi sahələrində Norveçin təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən danışıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkib. Ölkəmizin irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. A. Kərimov Norveçi də bu qlobal çağırışa qoşulmağa dəvət edib.

Səmimi qəbula görə təşəkkür edən səfir Erlinğ Şönsberq  “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışına dərin marağını ifadə edib. Layihə çərçivəsində əməkdaşlığın vacibliyindən danışıb.  O, həmçinin vurğulayıb ki, mədəniyyət xalqları, ölkələri birləşdirən ən güclü vasitədir.

Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib.

DOĞRU.AZ

image-1 image-2 image-3

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki