image-2000x150px
image-14-12-2021-ispan-sefiri-ile-gorus-nazir-5backend

Anar Kərimov Vasitəçilik və Mədəniyyətlərarası Dialoq üzrə Xüsusi Səfiri Ramon Blekua ilə görüşüb

image-728x90px

Doğru.az xəbər verir ki,  Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 14-də İspaniyanın Vasitəçilik və Mədəniyyətlərarası Dialoq üzrə Xüsusi Səfiri Ramon Blekua ilə görüşüb.

Səfiri salamlayan nazir ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.  Birgə fəaliyyətin əhəmiyyətini qeyd edən Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb.

Daha sonra A. Kərimov ölkəmizin irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası haqqında söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Nazir səfir Ramon Blekuanı da bu qlobal çağırışa qoşulmağa dəvət edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Ramon Blekua “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışına dərin marağını ifadə edib. Bu layihə çərçivəsində əməkdaşlığın mühüm olduğunu və Azərbaycanın zəngin mədəni irsinin qorunmasının vacibliyini bildirib. Səfir həmçinin qeyd etdi ki, mədəniyyət xalqları, ölkələri, ümumiyyətlə bəşəriyyəti birləşdirən ən güclü vasitədir.Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

DOĞRU.AZ

image-14-12-2021-ispan-sefiri-ile-gorus-nazir-3 image-14-12-2021-ispan-sefiri-ile-gorus-nazir-1

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki