image-2000x150px
image-123
image-ads_atlas
image-mycollages_-_2021-06-19t064254-076backend

“Antalya dünya problemlərinin müzakirəsi meydanına çevrilir

image-728x90px

Beynəlxalq münasibətlər sistemi öz tarixinin ən böhranlı və qeyri-sabit dövrlərindən birini yaşayır.

“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Diplomatik Forumun (ADF 2021) açılışında bildirib.

Onun sözlərinə görə, dünya nizamının qlobal sistemində qüvvələr balansının dəyişməsi prosesi müşahidə edilir.

“Ölkələr əməkdaşlıqla yanaşı, yarışırlar, hətta mübarizə aparırlar. Qlobal dünya nizamı güclü burulğanlıq şəraitində yaşamağa çalışır”, – Çavuşoğlu deyib.

Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, yaranmış şəraitdə Antalyada keçirilən Diplomatik Forum kimi beynəlxalq müzakirə meydanları xüsusi əhəmiyyət kəsb edir.

“2019-cu ildə başlanmış forum mürəkkəb məsələlərə və çağırışlara yeni yanaşmalar formalaşdırır, sülhə ümidin formalaşmasına öz töhfəsini verir. Əminəm ki, ideyalarımız və hərəkətlərimiz çağırışlar və ümid arasında körpü olacaq”, – Çavuşoğlu deyib.

Türk diplomatiyasının rəhbəri diqqəti koronavirus pandemiyası böhranına cəlb edərək qeyd edib ki, bəşəriyyət heç vaxt belə tez bir zamanda vaksin hazırlamamışdı.

Çavuşoğlu qeyd edib ki, bəşəriyyət yolunda daha bir təhlükə ksenofobiya və islamofobiyadır.

Onun sözlərinə görə, Almaniyadan gəlmiş və koronavirusdan vaksin hazırlayan iki alimin müvəffəqiyyəti əcnəbilərə düşmənçilik və qorxu ilə baxanlar üçün növbəti nümunədir.

Eyni zamanda, Türkiyə diplomatiyasının rəhbəri bildirib ki, qlobal səviyyədə riskləri, sınaqları və təhdidləri qiymətləndirməmək olmaz.

“Faktiki olaraq, biz dövlətlərarası və beynəlxalq münasibətlərin ən dəyişkən və qeyri-sabit dövrlərindən birini yaşayırıq. Bəşəriyyət ədalətsizliyə, aclığa, quraqlığa, münaqişələrə, qeyri-leqal miqrasiyaya və epidemiyalara qarşı çıxır. Populizm, ksenofobiya və müsəlmanlara nifrət artır. İqlim dəyişikliyi və terrorizm də gündəmdədir. Münaqişələr dayanmır”, – Çavuşoğlu deyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki