“Araz-Naxçıvan” futbol klubunun 2025–2026-cı illər mövsümünə hazırlıq planı bəlli olub.
Klubdan verilən məlumata görə, “qırmızı-ağlar” ilk məşq mərhələsini iyunun 14-dən iyulun 2-dək paytaxt Bakı şəhərində keçirəcək. Yerli toplanışdan sonra komanda hazırlığın ikinci mərhələsi üçün Türkiyənin Ərzurum şəhərinə yollanacaq. Oradakı hazırlıq prosesi iyulun 3-dən 17-dək davam edəcək.
Ərzurum toplanışı çərçivəsində “Araz-Naxçıvan”ın 4 yoxlama oyunu keçirməsi planlaşdırılır. Sparrinq-rəqiblər və qarşılaşmaların dəqiq tarixləri barədə əlavə məlumat yaxın günlərdə açıqlanacaq.
Klub yeni mövsümə ciddi və mərhələli şəkildə hazırlaşaraq Premyer Liqada daha iddialı çıxış etməyi hədəfləyir.
DOĞRU.AZ