image-2000x150px
image-123
image-ads_atlas
image-hokm_847c13ed78c91aacd1ed6322ba094e16_3maoshp0wfek5lcjt6qibackend

“Araz” supermarketdə araşdırma başladıldı, nəticə isə…

image-728x90px
Yeni ildə “Business İnsight” şirkətinin apardığı monitorinqlərdən belə məlum olmuşdu ki, “Araz” supermarketlər şəbəkəsi bir neçə şəbəkə ilə müqayisədə Yeni il ərəfəsində ən ucuz market seçilib. Məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırma başladılmışdı.

Bununla bağlı Axar.az-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva bildirib ki, rəsmi olaraq araşdırılmanın başlanılması, gedişatı və ya nəticələri ilə bağlı “Araz” supermarketlər şəbəkəsində hər hansı məlumat yoxdur.

“Sözügedən araşdırma ilə bağlı qeyd etmək istərdik ki, “Business İnsight” müstəqil və peşəkar araşdırma şirkətidir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səlahiyyətləri daxilində istənilən sözügedən məsələ üzrə, həmçinin istənilən zaman araşdırma apara bilər”, – menecer bildirib. 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki