image-n1karobka_ads
image-123
image-6ppbdqwxx22cwi2eceactho6mebackend

Argentina prokuroru İran lideri Əli Xamneyinin həbsini tələb edir

image-ad_qayo_720x110px

Argentinanın federal prokuroru Sebastian Basso məhkəmədən İranın ali dini lideri Əli Xamneyinin həbsinə order verilməsini istəyib. O, Buenos Ayresdə 85 nəfərin ölümü ilə nəticələnən yəhudi mərkəzinin partladılmasında iştirakda şübhəli bilinir.

Bu barədə yerli “Infobae” qəzeti yazır.

“Bu sorğu 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş vermiş və 85 nəfərin ölümü və 300-dən çox insanın yaralanması ilə nəticələnən terror aktı ilə bağlı qiyabi mühakimə tələbinin bir hissəsidir”, – materialda deyilir.

Hakimin prokurorun tələbinə baxacağı və bir neçə gün ərzində İranın ali liderinin həbsinə order verib-verməməsinə qərar verəcəyi gözlənilir.

Bundan əvvəl Argentinada insan alveri ilə bağlı 21 rusiyalının ittiham olunduğu məlum olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki