image-n1karobka_ads
image-min-8qq7khlwokick_vnqha6tw8slfzn9g9i-pngbackend

“Artıq dəvətlər məni yormur” – 68 yaşlı qadının etirafı

68 yaşlı dul qadın və iki uşaq anası Zoya İvanovna həyatında köklü dəyişiklik edib.

Doğru.az xəbər verir ki, o, uzun illər vəzifə və qohum-əqrəba təzyiqi ilə qatıldığı ad günü və digər məclislərdən tamamilə imtina etdiyini açıqlayıb.

Zoya İvanovna bildirib ki, illərlə hədiyyələrə pul xərcləyib, səhhətində narahatlıq olsa da tortlar bişirib, istəmədiyi tədbirlərə sadəcə “ayıb olmasın” deyə qatılıb. Lakin sonda yorulduğunu anlayaraq özünü seçmək qərarına gəlib.

Bu addım əvvəlcə qızı və bacısının narazılığına səbəb olsa da, zamanla yaxınları onun mövqeyini qəbul edib. O deyir ki, qərarını anlaymayanlar əslində ona o qədər də yaxın deyillər.

Mütəxəssislər bu yanaşmanı “münasibət ekologiyası” adlandırır və qeyd edirlər ki, yaş artdıqca insan vaxtını və enerjisini daha diqqətlə bölüşməlidir.

Hazırda Zoya İvanovna ad günlərini sakit keçirir – bəzən şəhərdən kənara gedir, muzeylərə baş çəkir, bəzən isə evdə özünə tort bişirib dincəlir. Onun sözlərinə görə, əsl xoşbəxtlik hamını razı salmaqda deyil, öz sərhədlərini qorumaqdadır.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki