Hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi təşkil edilib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, təbir zamanı Prezident İlham Əliyevin Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladığı və Sərəncama əsasən təltif olunanlar sırasında Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayevin də olduğu diqqətə çatdırılıb.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov əlamətdar hadisə münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıb.
Mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 58 dövlət qulluqçusu and içib.
DOĞRU.AZ