image-2000x150px
image-123
image-ads_atlas
image-istanbul-metro-3-1backend

“Aselsan” şirkəti daha bir yeniliyə imza atıb – FOTO

image-728x90px

“Aselsan” şirkəti daha bir yeniliyə imza atıb. Belə ki, “Aselsan” və “TÜBİTAK” şirkətinin birgə əməkdaşlığı ilə ağıllı tunel konsepsiyasının dünya metrolarında ilk dəfə istifadə olunduğu yeni xətdə siqnalizasiya sistemindən istifadə ediləcək.

Gündəlik 800 min sərnişin tutumuna malik olan, səkkiz stansiyalı “Kağıthane-İstanbul” Hava limanı metro xətti 34 km uzunluğundadır.

Metro xətti Kağıthanedəki “Mahmutbəy” metrosu ilə birləşdirilib. Həmçinin, xəttin “Zincirlikuyu metrobus” dayanacağı ilə birləşdirilməsi planlaşdırılır.

Metroda işləyəcək nəqliyyat vasitələri də yerli akkumulyatorlarla xidmət göstərəcək. Sistemin inteqrasiyası 3 ildən az rekord müddətdə başa çatıb. Əsas podratçı dəstək isə “Kolin-Kalyon-Cengiz” olub. Həmçinin “Aselsan” mühüm texnologiyaları təkcə Türkiyə ilə deyil, Azərbaycanla da paylaşmağı nəzərdə tutub. Siqnalizasiya Sistemi Həlləri Bakı Metropoliteninə təklif edilib.

Eyni zamanda İstanbul Hava Limanından başlayaraq Arnavutköydən Halkalıya çəkiləcək metro xətti, Bakırköy-Bağcılar, Başakşehir-Kayaşehir və digər xətlərdə də işlər sürətlə davam edir. Bu layihələr tamamlandıqdan sonra İstanbulun dəmir yolu şəbəkəsi 380 km-dən çox artacaq.

Qeyd edək ki, “Kağıthane-İstanbul” Hava Limanı Metro xəttinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki