Avropa İttifaqı Belqrad xarici vətəndaşlara pasportların verilməsi üçün sadələşdirilmiş sxem tətbiq etmək qərarına gələrsə, Serbiyanı vizasız rejimin dayandırılması ilə hədələyib.
Bu barədə Financial Times Avropa Komissiyasının bəyanatına istinadən xəbər verir.
“[Brüssel] investorlara vətəndaşlığın verilməsinin üzv dövlətlərin (Aİ) daxili təhlükəsizliyi və dövlət siyasəti üçün artan risk hesab etdiyi halda, vizasız rejim dayandırıla bilər”, – AK xəbərdarlıq edib.
Avropa Komissiyasının şərhindən belə çıxır ki, 2022-ci ildə Brüssel Belqrada “investorların vətəndaşlığı üçün sxemlərdən faktiki imtina etmək və ya ondan çəkinmək” tövsiyələrini verib.
Mənbə: Gazeta.ru
Doğru.az