Bəzi Avropa liderləri ABŞ prezidenti Donald Trampın telefon danışığından sonra Rusiya lideri Vladimir Putinlə razılaşmasını necə təsvir etməsindən məəttəl qalıb.
“Söhbətlə tanış olan mənbə bildirib ki, liderlər Trampın onlara dediklərindən məəttəl qalıblar”, – Financial Times yazıb.
Qeyd olunur ki, söhbət Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya və Avropa Komissiyasının nümayəndələrindən gedir.
Bundan əlavə, nəşrə görə, Avropa liderləri Tramp və Putin arasında aparılan danışıqların nəticələrini eşidəndə, ABŞ rəhbərinin Rusiyaya “daha çox təzyiq göstərməyə hazır olmadığı” qənaətinə gəliblər.
DOĞRU.AZ