image-2000x150px
image-123
image-ads_atlas
image-20230509_gaf_u39_056-pic_32ratio_1200x800-1200x800-32388backend

Avropa Parlamentinin rəhbəri Metsola Moldovanın Aİ-yə daxil olmağa hazır olduğunu bildirib

image-728x90px

Avropa Parlamentinin sədri Roberta Metsola Moldovanın artıq Avropaya inteqrasiyaya hazır olduğunu bildirib.

TV8 xəbər verir ki, o, bunu Kişinyovda Avropa Moldova mitinqi zamanı çıxışı zamanı deyib.

“Hörmətli Moldova Respublikasının vətəndaşları, əziz avropalılar, Avropa Moldovadır. Moldova Avropadır”, – Metsola rumın dilində deyib.

Onun sözlərinə görə, Aİ Avropaya gedən yolda Moldovanı dəstəkləyəcək. “Moldova artıq Avropaya inteqrasiyaya hazırdır”, – Metsola bildirib. O, həmçinin qeyd edib ki, Avropa İttifaqı “qürurlu” və “Aİ dəyərlərinə inanan” Moldovanı “heç vaxt tərk etməyəcək”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki