İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların mümkün olmadığını bildirib.
Doğru.az xəbər verir ki, Xamenei deyib: “Qarşı tərəf bütün vədləri pozur, yalan danışır, daim hərbi müdaxilə ilə hədələyir… Bu tərəflə danışıqlar aparmaq, tam inam və etibarla oturub razılığa gəlmək mümkün deyil”.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın diplomatiyaya xəyanət etdiyini açıqlamışdı.
DOĞRU.AZ