image-2000x150px
image-123
image-ads_atlas
image-5379361backend

Aynur Sabitova: Zəfər Amnistiyası respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini nümayiş etdirib

image-728x90px
Vətən müharibəsində Böyük Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də qəbul edilmiş Zəfər amnistiyası da Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür.

AZƏRTAC  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova martın 11-də nazirlikdə keçirilən mətbuat konfransında məlumat verib.

İdarə rəisi bildirib ki, amnistiya aktı dörd ay ərzində icra olunub. Amnistiya aktının icrası prosesində ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında icrasını təmin etmək məqsədilə noyabrın 5-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən əmr imzalanıb və amnistiya aktı dürüst və mütəşəkkil qaydada icra olunub. Aktın icrası martın 5-də başa çatdırılıb.

Aynur Sabitova diqqətə çatdırıb ki, digər humanist aktlar kimi, Zəfər amnistiyası da respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirib. Qəbul edilən humanist aktlarla əfv olunaraq azadlığa buraxılan şəxslər dövlətin onlara etimadını doğrultmalı, azadlığın qədrini bilməli, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verməlidirlər.

DOĞRU.AZ 
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki