“Aysu bacısını xilas etdi, özü öldü” – Fotolarbackend

“Aysu bacısını xilas etdi, özü öldü” – Fotolar

Azərbaycan əsilli fransız fotoqraf, “National Geografic” dərgisinin fotoqrafı Rza Diqqəti erməni terroru nəticəsində Bərdədə vəfat edən 7 yaşlı Aysu İsgəndərova ilə bağlı paylaşım edib.

Doğru.az Axşam.az-a istinadən xəbər verir ki, Diqqəti Aysunun yas mərasimində iştirak edib və yayımladığı fotolara bunları qeyd edib:

“Aysu artıq atasına gül gətirməyəcək. Aysu 7 yaşında idi. Erməni bombaları Bərdə şəhərinə düşəndə ​​o, 2 yaşlı bacısı ilə birlikdə çiçək toplamağa getmişdi. Kiçik bacısını bədəni ilə örtdü, onun canını qurtardı, amma özü öldü.

7 yaşında olan Aysu atası Rövşənə artıq çiçək gətirməyəcək. Pərişan Rövşən qızının tabutu məzara qoyularkən onun rahat yatması üçün torpağın saxlanılmasını istədi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki