Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, dekabrın 6-dan dekabrın 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 9, tank əleyhinə 29 mina və 262 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 78,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
DOĞRU.AZ