Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə noyabr ayında həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.
Doğru.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılan əməliyyatlar zamanı piyadaəleyhinə 575, tankəleyhinə 208 mina, eləcə də 6 min 510 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Məlumata əsasən, noyabr ayı ərzində ümumilikdə 6 min 443,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.
DOĞRU.AZ




























