image-n1karobka_ads
image-123
image-azadrehimov-480x350backend

Azad Rəhimovun Bakıya gətirilməsi xəbərinə – Rəsmi reaksiya

Gənclər və İdman Nazirliyi nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı bəzi saytlarda yayılan xəbərlərə aydınlıq gətirib.

Doğru.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova Feysbuk səhifəsində məlumat paylaşıb:

“Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır”.

Qeyd edək ki, 56 yaşlı nazirin artıq Bakıya gətirildiyi, koma vəziyyətində süni nəfəs aparatına qoşulduğu bildirilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki