image-n1karobka_ads
image-123
image-azal_plane_300721_001backend

AZAL-ın Moskva-Gəncə təyyarəsi hava şəraitinə görə Bakıya enməli olub

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Vnukovo hava limanından J2-5829 nömrəli Moskva-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Doğru.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Buna səbəb Gəncə hava limanının ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki