image-2000x150px
image-123
image-ads_atlas
image-photo_103467backend

Azər Qocayev Tunel faciəsinin şahidləri ilə görüş keçirib

image-728x90px
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Tunel faciəsi zamanı əsir düşmüş şəxslər və həmin faciənin şahidləri ilə görüş keçirdi.
Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Tunel faciəsi zamanı həlak olmuş şəxslərin yaxınları və faciənin canlı şahidləri iştirak edib.
Əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima şəhid ailələrini, qaziləri diqqət mərkəzində saxlayaraq onlara xüsusi diqqət və qayğı göstərir. Rayon rəhbəri qeyd etmişdir ki, Kəlbəcər rayonu da, erməni vandalizimindən əziyyət çəkmişdir və bu gündə rayonumuzun sakinləri bu vandalizmin ağrısını, acısını yaşayır. Kəlbəcər rayonunda ermənilər Ağdaban və Başlıbel faciəsindən sonra Tunel  faciəsini də törətmişdir. Tunel  faciəsi zamanı kənd sakini Hüseynov Ramil Eldar oğlu erməni yaraqlılarından qaçaraq canını qurtara bilmişdir. On doqquz nəfər sakin erməni vandalları tərəfindən əsir götürülmüşdür.
Quliyev Qoşqar Binnət oğlu – 8 ay, Hacıyeva Gülcamal Binnət qızı – 1 il 6 ay, Quliyev Tahir Binnət oğlu – 9 ay, Quliyeva Səmayə Məhəmməd qızı – 1 il 6 ay, Quliyev Taryel Tahir oğlu – 9 ay, Quliyeva Gülnar Tahir qızı – 1 il 6 ay, Quliyev Hikmət Tahir oğlu – 1 il 6 ay, Quliyev Bəxtiyar Məhəmməd oğlu – 6 ay, Quliyev Fərman Məhəmməd oğlu – 3 il 2 ay, Quliyeva Cəmilə Məhəmməd qızı – 3 il, Quliyeva Validə Məhəmməd qızı – 1 il 6 ay, Quliyeva Ofelya Əli qızı – 1 il 4 ay, Məmişov Yadigar Ələsgər oğlu – 1 il 6 ay, İlyasov Babək Həsən oğlu və Quliyeva İlhamə Məhəmməd qızı əsirlikdə erməni işgəncələrinə məruz qalmışdır.
Quliyev Məhəmməd, Həşimova Mileylə, Rəhimov Əsgərxan və Məmişova İmarət əsirlikdən qayıtdıqdan sonra vəfat edib.
Tunel qətliamı zamanı Mirzəyev Aslan, Mirzəyeva Afət, Quliyev İslam, Quliyeva Şahnaz və Məmişov Taleh işgəncələrlə qətlə yetirilmişdir.
Rayon İcra Hakmiyyətinin başçısı Azər Qocayev bildirib ki, onların ruhları da digər şəhidlərimizin ruhları kimi şaddır. Çünki Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasətinin, qətiyyətinin və əsgərlərimizin qəhramanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edilərək, ərazi bütövlüyümüz bərpa edilmiş və həmin ərazilərdə üç rəngli müqəddəs Azərbaycan bayrağı dalğalanmışdır. Eyni zamanda rayon rəhbəri vurğulamışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında artıq işğaldan azad olunmuş rayonlarda, o cümlədən Kəlbəcər rayonunda da, yenidən qurma işləri başlayıb və digər şəhidlərimiz kimi, Tunel faciəsinin qurbanlarınında əziz xatirəsi qanunamüvafiq qaydada əbədiləşdiriləcəkdir.
Tunel faciəsi qurbanlarının ailə üzvləri və faciənin canlı şahidləri hər zaman dövlət başçısının diqqətini hiss etdiklərini qeyd edərək, onları öz torpaqlarına qovşdurduğu üçün prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişdirlər.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki