image-n1karobka_ads
image-123
image-17518794584762926_1200x630backend

Azərbaycan avarçəkəni Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan təmsilçisi Tatyana Smilovenko Rumıniyanın Piteşti şəhərində keçirilən gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) Doğru.az-a verilən məlumata görə, idmançı kanoe qayığında mübarizə aparıb.

O, təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən T. Smilovenko fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki