Qazaxıstan vətəndaşı, 1999-cu il təvəllüdlü Darın Alislamoviç Suyunovun ekstradisiyası həyata keçirilib.
Doğru.az xəbər verir ki, Qazaxıstan Baş Prokurorluğunun müraciəti əsasında həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün verilməsinə dair vəsatət Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin olunub.
Qeyd olunur ki, Suyunov qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq cinayətlərində təqsirləndirilərək beynəlxalq axtarışa verilmişdi. O, cari ilin yanvar ayında Azərbaycanda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il Konvensiyasına əsasən, onun Qazaxıstana ekstradisiyası barədə qərar qəbul edilib. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyu ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.
DOĞRU.AZ