image-n1karobka_ads
image-123
image-screenshot_20251121_151423_gallerybackend

Azərbaycan COP30-da turizmi və iqlim fəaliyyətini təmsil edib – FOTO

image-ad_qayo_720x110px

Braziliyanın Belem şəhərində BMT-nin COP30 tədbiri çərçivəsində turizm və iqlim fəaliyyəti mövzusunda keçirilən yüksək səviyyəli görüşlərdə Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndə heyəti ölkəmizi təmsil edib.

Doğru.az xəbər verir ki, panel müzakirələrdə Dövlət Turizm Agentliyinin nümayəndəsi Günay Bayramova COP29-dan sonra Azərbaycanın apardığı fəaliyyətlər və yeni prioritetlər barədə geniş məlumat təqdim edib. O, xüsusilə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə”nin qəbuluna verdiyi dəstəyin turizm sektorunun qlobal iqlim gündəmində tanınmasına mühüm töhfə verdiyini qeyd edib.

Bayramova bildirib ki, COP29 təcrübəsi turizmin bir çox ölkənin iqlim siyasətində hələ də lazımi qədər nəzərə alınmadığını göstərib. Bu səbəbdən milli və beynəlxalq səviyyədə turizmlə iqlim siyasətlərini əlaqələndirə biləcək qlobal tərəfdaşlıq mexanizminin formalaşdırılması zəruridir. Müzakirələrdə yaradılmaqda olan “Qlobal Tərəfdaşlıq” təşəbbüsü ölkələr və biznes subyektləri arasında koordinasiyanı gücləndirən mühüm platforma rolunu oynaya biləcəyi bildirilib.

Qeyd edək ki, COP30 bu il 10-21 noyabr tarixlərində keçirilmiş, 19-20 noyabr tarixləri isə “Turizm günləri” olaraq təşkil olunmuşdur. Turizm mövzusu COP tarixində ilk dəfə 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində gündəliyə daxil edilmişdir.

DOĞRU.AZ

image-img-20251121-wa0057

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki