Ölkənin gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib.
Doğru.az xəbər verir ki, bəyanatda 2020-ci ildə qazanılmış tarixi Zəfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası ilə nəticələndiyi vurğulanıb.
Gənclər şəhidlərin xatirəsini ehtiramla yad edir, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmağı özlərinin ali vəzifəsi sayırlar. Bəyanatda müharibə zamanı Gəncə, Bərdə və Tərtərə qarşı Ermənistanın raket və artilleriya hücumları qətiyyətlə pislənib, mülki əhaliyə qarşı cinayət kimi qiymətləndirilib.
Eyni zamanda, azad edilmiş torpaqlarda Böyük Qayıdış və bərpa-quruculuq işlərinin gənclər tərəfindən dəstəkləndiyi, Azərbaycanın regionda sülhün təşəbbüskarı olduğu, 2025-ci ildə Vaşinqtonda Sülh Sazişinin paraflandığı da bəyanatda qeyd olunur.
Gənclər sülh gündəliyini dəstəklədiklərini bildirir, eyni zamanda müharibədə həlak olmuş günahsızların xatirəsini ehtiramla anırlar.
DOĞRU.AZ