image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2021-10-24t161011-344backend

Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar – FOTO

image-728x90px

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Dənizçilik fakültəsini bitirən zabitlər 27 sentyabr – 22 oktyabr 2021-ci il tarixlərində Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi oktyabrın 20-də keçirilib.

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki