image-n1karobka_ads
image-123
image-img-20240708-wa0066backend

Azərbaycan Könüllüləri Xızı rayonunda olublar – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Könüllüləri “Go Camp” piknik layihəsində əyləncənin və birliyin növbəti məkanı Xızı rayonunda olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Go Camp” piknik layihəsinin növbəti istiqaməti Xızı rayonunun Altıağac Milli Parkı ərazisində baş tutub.

Layihənin məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aparılan fəaliyyətlərdə könüllülərin rolunun artırılması və ay ərzində fəallıq göstərən Azərbaycan Könüllüləri arasında birliyin təşviqi və şəbəkələşməsidir.

Könüllülər Milli Park ərazisində haykinq gəzintisi etdikdən sonra müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər.

Daha sonra Azərbaycan Könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yadda qalan anlar təşkil olunub.

DOĞRU.AZimage-img-20240708-wa0060image-img-20240708-wa0070

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki