image-n1karobka_ads
image-123
image-17473154423269221327_1200x630backend

Azərbaycan Kubokunun finalına bilet satışı başladı

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.

Doğru.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, mayın 31-də saat 19:00-da keçiriləcək “Qarabağ”–“Sabah” qarşılaşmasının biletləri bu gündən etibarən satışdadır.

Azarkeşlər biletləri “iticket.az” saytı vasitəsilə onlayn, həmçinin Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M. Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr., Nizami küç., Bakı), eləcə də Bakı və Sumqayıtdakı “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Oyun günü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarında da bilet satışı həyata keçiriləcək.

Biletlərin qiymətləri oturacaq yerlərindən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 manat (“VIP Lounge”) arasında dəyişir.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki