image-n1karobka_ads
image-123
image-ee5cf63a99c61928909b91aa8a7b12adbackend

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri gücləndirilib

Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi sahəsində qabaqlayıcı tədbirlər intensivləşdirilib. Müasir texnoloji təhdidlərə qarşı mübarizədə rəqəmsal savadlılığın artırılması və dövlət sirrinin qorunması prioritetlər sırasındadır.

Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin illik fəaliyyət planına uyğun olaraq, baş idarə və xidmətlərdə, hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində profilaktik tədbirlər həyata keçirilir.

Tədbirlərdə şəxsi heyətə informasiya təhlükəsizliyi, kibergigiyena qaydaları, internet mühitində davranış, habelə “Dövlət sirri haqqında” qanunun tələbləri barədə geniş məlumatlar verilir. Eyni zamanda kiberhücumlardan qorunma yolları izah olunur, interaktiv sual-cavab sessiyaları keçirilir.

Müdafiə Nazirliyi bildirir ki, bu cür maarifləndirmə tədbirləri ordunun texnoloji təhlükələrə qarşı dayanıqlığını artırmaq məqsədi daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki