image-n1karobka_ads
image-123
image-17520458834704449558_1200x630backend

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir

Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.

Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Təlim rəhbərləri çıxış edərək iştirakçılara uğurlar arzulayıb, Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının inkişafında bu cür birgə təlimlərin əhəmiyyətini vurğulayıblar.

Daha sonra təlimin ssenarisinə uyğun olaraq şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələli icrasına başlayıb.

Qeyd edək ki, “Tərlan-2025” təlimi iyulun 10-dək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki