image-n1karobka_ads
image-123
image-1747174222122959843_1200x630backend

Azərbaycan şahmatçıları 8-ci beynəlxalq “Sharjah Masters” turnirində iştirak edəcəklər

Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində 8-ci beynəlxalq “Sharjah Masters” şahmat turniri start götürəcək. Bu nüfuzlu yarışda 60 ölkədən 350-dək kişi və qadın şahmatçının iştirakı nəzərdə tutulub.

Doğru.az xəbər verir ki, turnirin reytinq cədvəlinə 2021-ci ilin rapid şahmat üzrə dünya çempionu, Özbəkistan yığmasının üzvü və 5-ci “Sharjah Masters” turnirinin qalibi, qrossmeyster Nodirbek Abdusattorov (2771 reytinq xalı) başçılıq edir.

Azərbaycanı bu mötəbər turnirdə tanınmış qrossmeysterlər və perspektivli şahmatçılar təmsil edəcək. “Chess-results” saytının məlumatına əsasən, ölkəmizi turnirdə aşağıdakı şahmatçılar təmsil edəcək:

Qrossmeysterlər: Məhəmməd Muradlı (2603), Əhməd Əhmədzadə (2564), Gövhər Beydullayeva (2394)

Beynəlxalq usta: Riyad Səmədov

Ustalığa namizəd: Tunar Davudov

Şahmatçılar: Elcan Əbdülkərimli, Kamal İsfəndiyarlı, Məmməd Məmmədzadə, Rza Quliyev, Sadəgül Əfəndi

Turnir iki kateqoriyada keçirilir. Əsas turnirdə (A qrupunda) yalnız 2500-dən yuxarı reytinqə malik şahmatçılar iştirak edir. Bu qrupda 69 qrossmeyster və 16 beynəlxalq usta olmaqla, ümumilikdə 156 beynəlxalq titul sahibi mübarizə aparacaq.

B qrupunda isə – reytinqi 2500-dən aşağı olan şahmatçılar arasında – 8 qrossmeyster, 35 beynəlxalq usta və 28 FIDE ustası yarışacaq.

Azərbaycan təmsilçilərinə bu nüfuzlu beynəlxalq arenada uğurlar arzulayırıq!

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki