image-2000x150px
image-123
image-ads_atlas
“Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentləri görüşəcək”backend

“Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentləri görüşəcək”

image-728x90px

Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin Zirvə görüşü keçiriləcək.

Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın XİN rəhbəri Rəşid Meredovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Hörmətli Prezident Berdiməhəmmədov Prezidentimizlə telefon danışığı zaman Türkmənistana dəvət etdi. Bunun tarixini qardaşım Meredov ilə qiymətləndirdik. İnşallah iyun-iyul aylarında ikili zirvə baş tutacaq. Eyni zamanda o ziyarət çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan üçlü zirvə görüşünü də keçirməyi planlaşdırırıq”,-deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu bu görüşlərdə bir sıra müqavilələrin imzalanacağını, bununla ölkələr arasındakı münasibətlərin bünövrəsinin daha da gücləndirəcəyini qeyd edib.(sabah.az)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki