image-n1karobka_ads
image-123
image-vyfbtr7ai4t2w03hhim5lw6swyzn8n7cdahyw3bv_1200backend

Azərbaycan və Çin arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

Doğru.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyəti xüsusi qeyd olunub.

Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.

Görüşdə, həmçinin, Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələləri və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki