image-2000x150px
image-123
image-ads_atlas
image-1mnbackend

Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub – FOTOLAR

image-728x90px

Tbilisidə səfərdə olan mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb. 

Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələr, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Kaxa Kuçava Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfərini, xüsusilə də, keçirilən görüşləri və müzakirə olunan məsələləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür səfərlər iki dost və qardaş ölkə olan Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha möhkəmlənməsinə xidmət edir.

Nazir Anar Kərimov Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahələrinin inkişafına böyük önəm verdiyini qeyd edib.

Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edib.

DOĞRU.AZ

image-2mn-1 image-3mn-1 image-1mn

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki