image-2000x150px
image-photo_17626backend

Polad Həşimovun adına futbol klubu açılır Eksklüziv – Nihat Ələsgərov: “Türkiyənin tanınmış simaları da gələcək…” – FOTOLAR

image-728x90px
Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu… Milli qəhrəmanımız!
Ölümündən sonra adına parklar, küçələr salındı, yollar açıldı, abidələr ucaldıldı. İndi isə şəhidimizin adını yaşatmaq üçün azyaşlılardan ibarət futbol klubu açılıb. Bu barədə məlumatı Mediapress.az-a klubun Prezidenti, Türkiyədə fəaliyyət göstərən, “Çukur” filmində rol alan azərbaycanlı aktyor Nihat Ələsgərov məlumat verib: “Müharibə zamanı Füzulidə idim, Ordumuza dəstək olmaq üçün əlimizdən gələni edirdik, sidq ürəklə! Bu döyüşü qazanmaq üçün, yenidən ana torpağıma – Qarabağa, doğulduğum Ağdamıma qayıtmaq üçün. O zaman Türkiyədən zəng gəldi mənə ki, Polad Həşimovla bağlı film çəkmək istəyirik, Səmayə ana ilə görüşmək istədim, lakin Vətən müharibəsi başladığından bu projemiz yarımçıq qaldı. Pandemiya da digər tərəfdən layihəmizi hıyata keçirməyə mane oldu”, – deyən Nihat bəy Milli qəhrəmanımızın adını əbədiləşdirmək üçün Türkiyədən gələn ikinci təklifi gerçəkləşdirməyə nail olub.
Tanınmış aktyor həmçinin bildirir ki, artıq işlər tamamlanıb, “Polad Həşimov adına futbol klubu”nun təntənəli açılış mərasiminə Türkiyədən tanınmış simalar dəvət ediləcək: “Eyni zamanda da azərbaycanlı məşqçilər, futbolçular. Qeyd edim ki, gənc komandanın baş məşqçisi Emin Mustafayevdir. Hədəfimiz övladlarımızı milli ruhda böyütmək, həmçinin gələcəyimiz üçün peşəkar futbol heyəti yetişdirməkdir! Yaxın illərdə Azərbaycanın futbol arenasında möhür vuracağına əminik” . Əlavə edək ki, klubun prezidentinin planına görə, iki dəfə açılış nəzərdə tutulub: birincisində Azərbaycanın tanınmış idmançıları, futbolçuları, ikincisinə də isə Türkiyədən dəvət edilən məşhur futbolçular, tanınmış similar, aktyorlar. Onu da qeyd edək ki, Polad Həşimovun adını daşıyacaq bu futbol klubu Türkiyədə keçiriləcək turnirlərdə də iştirak edəcək.
Nihat Ələsgərovun bu addımını dəstəkləyir, klubun heyətinə, həmçinin oyunçulara uğurlar arzulayırıq! Əminik ki, canını torpaqlarımızın azadlığı uğrunda fəda edən şəhid Polad Həşimovun adını daima uca zirvələrdə tutacaqlar! Hazırladı: Könül AyparaTovuz döyüşləri zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu… Milli qəhrəmanımız! Ölümündən sonra adına parklar, küçələr salındı, yollar açıldı, abidələr ucaldıldı. İndi isə şəhidimizin adını yaşatmaq üçün azyaşlılardan ibarət futbol klubu açılıb. Bu barədə məlumatı Mediapress.az-a klubun Prezidenti, Türkiyədə fəaliyyət göstərən, “Çukur” filmində rol alan azərbaycanlı aktyor Nihat Ələsgərov məlumat verib: “Müharibə zamanı Füzulidə idim, Ordumuza dəstək olmaq üçün əlimizdən gələni edirdik, sidq ürəklə!
Bu döyüşü qazanmaq üçün, yenidən ana torpağıma – Qarabağa, doğulduğum Ağdamıma qayıtmaq üçün. O zaman Türkiyədən zəng gəldi mənə ki, Polad Həşimovla bağlı film çəkmək istəyirik, Səmayə ana ilə görüşmək istədim, lakin Vətən müharibəsi başladığından bu projemiz yarımçıq qaldı. Pandemiya da digər tərəfdən layihəmizi hıyata keçirməyə mane oldu”, – deyən Nihat bəy Milli qəhrəmanımızın adını əbədiləşdirmək üçün Türkiyədən gələn ikinci təklifi gerçəkləşdirməyə nail olub.
Tanınmış aktyor həmçinin bildirir ki, artıq işlər tamamlanıb, “Polad Həşimov adına futbol klubu”nun təntənəli açılış mərasiminə Türkiyədən tanınmış simalar dəvət ediləcək: “Eyni zamanda da azərbaycanlı məşqçilər, futbolçular. Qeyd edim ki, gənc komandanın baş məşqçisi Emin Mustafayevdir. Hədəfimiz övladlarımızı milli ruhda böyütmək, həmçinin gələcəyimiz üçün peşəkar futbol heyəti yetişdirməkdir! Yaxın illərdə Azərbaycanın futbol arenasında möhür vuracağına əminik” . Əlavə edək ki, klubun prezidentinin planına görə, iki dəfə açılış nəzərdə tutulub: birincisində Azərbaycanın tanınmış idmançıları, futbolçuları, ikincisinə də isə Türkiyədən dəvət edilən məşhur futbolçular, tanınmış similar, aktyorlar. Onu da qeyd edək ki, Polad Həşimovun adını daşıyacaq bu futbol klubu Türkiyədə keçiriləcək turnirlərdə də iştirak edəcək. Nihat Ələsgərovun bu addımını dəstəkləyir, klubun heyətinə, həmçinin oyunçulara uğurlar arzulayırıq! Əminik ki, canını torpaqlarımızın azadlığı uğrunda fəda edən şəhid Polad Həşimovun adını daima uca zirvələrdə tutacaqlar!
Hazırladı: Könül Aypara

 

   

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki