image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_ca74f824d2d080e2f158752ec0077e75_mjxp1u3h6t4iy2zwn805-620x460backend

Deputat Goranboyda vətəndaşları qəbul edib – FOTOLAR

image-728x90px

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov karantin qaydalarına əməl edərək Goranboyda növbəti dəfə vətəndaş qəbulu keçirib.

Hər ay mütəmadi olaraq vətəndaşları qəbul edən deputat onların təklif və şikayətlərini dinləyib. Qəbula gələn vətəndaşlar məişət problemləri ilə yanaşı müxtəlif mövzularda su, qaz, işıq, internet xətlərinin çəkilməsi ilə bağlı müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Anar Məmmədov müraciət edən vətəndaşları təkbətək dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını və müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyatı üzrə müvafiq orqanlara müraciətlər ediləcəyini bildirib.

Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki