image-n1karobka_ads
image-123
image-17484195796121830937_1200x630backend

Azərbaycan və Pakistan arasında növbəti mühüm görüş – FOTO

İslamabad şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Doğru.az-a verilən məlumata görə, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb.

Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün yekununda “11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu” imzalanıb.

DOĞRU.AZ  image-17484195796121830937_1200x630image-17484195795862027155_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki