image-n1karobka_ads
image-123
image-17561239513796150702_1200x630backend

Azərbaycan və Rumıniya arasında media əməkdaşlığı müzakirə olunub – FOTO

image-ad_qayo_720x110px

Avqustun 25-də Medianın İnkişafı Agentliyində Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun iştirakı ilə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Doğru.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, media sahəsində tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, “Media haqqında” qanunun tətbiqi, media savadlılığının artırılması və kütləvi informasiya istehlakçılarının məlumatı təhlil etmə bacarığının önəmini diqqətə çatdırıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin və ortaq layihələrin vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycanda audiovizual media mühiti yeni inkişaf mərhələsinə qədəm qoyub və xarici tərəfdaşlarla əməkdaşlıq məzmun keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Kristian-Auqustin Nikulesku-Tsıqırlaş isə çıxışında dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, təcrübə və resurs mübadiləsi sahələrində birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O, qarşılıqlı səfərlərin və mediaturların təşkilinin əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

DOĞRU.AZ

image-17561240264712717944_1200x630 image-17561239512010049760_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki