Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib.
“Doğru.az”-ın məlumatına görə, başsağlığı mətni nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşılıb.
“Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, – deyə başsağlı mətnində bildirilib.
DOĞRU.AZ

























