“Azərbaycana zəfər yaraşır” Video+Fotolarbackend

“Azərbaycana zəfər yaraşır” Video+Fotolar

Qəhrəmanlar diyarı kimi tanınan Lerik rayonu 27 sentyabrda başlanan vətən müharibəsində bir daha qəhrəman oğlanları ilə tarix yazmağa nail oldu.

Doğru.az xəbər verir ki, qazimiz Mirzəhəsən Balaşzadə Fizuli uğrunda gedən döyüşlərdə ayağından qəlpə yarası alıb. Anası ilə telefonla əlaqə saxladığı zaman huşunu itirib. Həkimlərin müdaxiləsi zamanı aydın olub ki, ayağının yarası ciddidir. Əməliyyat oluna bilər. Lakin heç bir ağrı acı bu qəhrəmanımızı əsla sarsıtmır. Yerər ki Azərbaycan bütövlüyünə qovuşsun. Bir ana olaraq narahatlıq keçirən qazimizin anası ümid edir ki, bu problem də aradan qalxacaq. Əsas odur ki, oğlu vədinə xilaf çıxmayıb, sağ salamat evə qayıda bilib.

Bacarıqlı həkimlərimizin səyəsində belə igid oğullarımız tezliklə sağlamlığına qovuşacaq.

https://youtu.be/YhdwLvmvaBA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki