image-2000x150px
image-comp-versiya
image-view_karantin-_6_backend

Azərbaycanda da Türkiyədəki kimi tam qapanmalar olacaq? – AÇIQLAMA

image-728x90px

“Azərbaycanda indiki dövrə olan məhdudiyyətlərin, əhalinin qorunma tədbirlərinə riayət etməsi hesabına yoluxma sayında ciddi artım müşahidə olunmur”.

Doğru.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, vaksinasiyaya göstərişi olan şəxslərin qısa müddətdə vaksinasiya olunmaları COVİD xəstələrinin ağırlaşmalarının qarşını alacaq:

“Məktəblərə, təhsil müəssisələrinə qoyulan məhdudiyyətlər, qapanmalar düşünürəm ki, yoluxma sayının artmasının ciddi şəkildə qarşısını alıb. Ona görə də, hazırda bizim üçün elə bir təhlükə yoxdur. Amma yenə də bu, insanları rahatlatmamalıdır. Yoluxma sayının stabil rəqəmlərdə qalması insanları aldatmamalıdır. Yenə qorunma qaydalarına əməl etməkdə davam etməliyik. Maska, əl gigiyenası, sosial məsafə və qapalı məkanlardan uzaq olmaq kəskin yoluxmanın qarşısını almaq üçün ən mühüm qorunma qaydalarımızdır.

Təbii ki, vaksinasiyaya göstərişi olan şəxslərin də qısa müddətdə vaksinasiya olunmaları xəstəliyin ağırlaşmalarının və ölüm səviyyəsinin enməsinə, stasionar yatışlara ehtiyacın azalmasına səbəb olacaq.

Hazırda Azərbaycanda Türkiyədəki kimi tam qapanmalara ehtiyac olmadığını düşünürəm”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki