Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva bəyanat verdi:backend

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva bəyanat verdi:

İyirmi beş noyabr 2020-ci il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Zoom online “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” III forumu keçirildi.

Forumun açılışında çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycan xalqını və bütün türk dünyasını təbrik edərək bildirdi ki,Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılan 44 günlük Vətən müharibəsi Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun qələbəsi möhtəşəm zəfəri ilə başa çatdı.
Sədr forumun məqsədinin gəncləri sahibkarlığa təşviq etməklə QHT-lər, universitetlər, sahibkarlar, sərmayəçilər, özəl sektor, media və dövlət qurumları da daxil olmaqla ekosistemdə fəaliyyət göstərən bir çox maraqlı tərəfləri eyni bir platformada birləşdirmək olduğunu qeyd etdi.

Müxtəlif istiqamətlərdə təşkilatın fəaliyyətini aktivləşdirməyi, qadın və gənc sahibkarların dəstəklənməsi ilə bağlı təkliflərlə çıxış etdi.
Ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlığa göstərdiyi diqqət və qayğı nəticəsində assosiasiyanın sürətli inkişafından bəhs edən S. Babayeva, 2020-ci ildə dünyada yayılmış COVİD 19 pandemiyası və müharibə şəraitinə baxmayaraq qadın sahibkarlığın həm Bakıda həm də digər regionlarda inkişafı üçün bir çox maarifləndirici online görüşlərin, təlimlərin, qrant layihələrin həyata keçirildiyini bildirdi.

Daha sonra tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bаhar Muradova, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qadın sahibkarlığın inkişafı ilə bağlı ölkəmizdə görülən işlərin əhəmiyyətini vurğuladı.

Tədbirdə Türkiyə, Rusiya, İran, Adıgey, Özbəkistan, Latviya, Moldova, Beyrut, Əlcəzair, Pakistan, Misir, Belarusiya, Gürcüstan, Livan kimi 20-dən artıq ölkədən olan sahibkar qadınlar və müxtəlif təşkilat rəhbərləri qadın sahibkarlığın inkişafı istiqamətində dünyanın müxtəlif ölkələrində baş vermiş yeniliklər və uğurlu layihələr haqqında məlumlandırıldı.
Forumun sonunda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən icra olunmuş fəaliyyətlə bağlı video nümayiş etdirildi və bəyanat qəbul olundu: Xalqımız, o cümlədən çoxminli qadın sahibkarlar ordusu Azərbaycan Respublikası Prezidentinin hərbi vəziyyət elan olunması ilə bağlı fərmanının bütün tələblərinə əməl edərək qələbə üçün bütün imkanları səfərbər ediblər.

Tədbirin keçirilməsində ən ali məqsədimiz dünya ictimaiyyətinə, xarici assosiasiyalara müharibə nəticəsində mülki əhalimizə və torpaqlarımıza dəyən zərəri çatdırmaqdır.
Hazırda işğaldan azad olunmuş regionlarda infrastrukturun qurulması, tikinti abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır və yaxın zamanlarda bu layihələrin həyata keçirilməsi üçün biz də Sahibkar qadınlar bütün imkanlarımızı səfərbər edəcəyik.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası həmrəylik nümayiş etdirərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və xalqımızı əmin edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi, dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşması üçün var gücümüzlə çalışacağıq.

Bütün bunları nəzərə alan hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün həyata keçirilən genişmiqyaslı tədbirlərdə yaxından iştirak etməlidirlər. Azərbaycan sahibkarları bildirirlər ki, Azərbaycana xidmətlərinə və nəcib əməllərinə görə vətəndaşlarımızın böyük sevgi və ehtiramını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın elçisi kimi ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işlər əvəzsizdir.

Mehriban xanım Əliyevanın vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil, onun hər zaman dövlətçiliyə, xalqa xidmət etmək istəyi və arzusunda olmasıdır.

Biz, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki