image-2000x150px
image-123
image-ads_atlas
image-1628404343_1628402938_1628398828_nocomment_f64217111fa25241fd9b714755049b88_ebp182hi0v9uy6rawxgnbackend

Azərbaycanda sərt qapanmalar ola bilər – VİDEO

image-728x90px
Son günlər yoluxma sayının kəskin artması növbəti həyəcan siqnalıdır. Yoluxma sayının artması ilə yanaşı, həmçinin dünən koronovirusdan 8 nəfər dünyasını dəyişib.Həkimlər yoluxmanın artığı bu günlərdə həyəcan təbili çalır.

2 saylı Şəhər Poliklinikasının terapevti Mətanət Şirinova bildirir ki, insanlar xüsusilə bu günlərdə vaksinasiya prosesinə məsuliyyətli yanaşmalıdır. Birmənalı olaraq virusdan qorunmaq üçün vaksin vurdurmalıdır. Əks halda yoluxma zamanı risklər arta bilər.

Elə bu gün həftə sonu olmasına baxmayaraq, çəkiliş apardığımız xəstəxanada insanların peyvəndə gəldiklərinin şahidi olduq.

Mətanət Şirinova həmçinin bildirdi ki, əgər yoluxma sürətlə davam edərsə, növbəti sərt qapanmalar ola bilər. Ancaq bunun çıxış yolu vaksinasiya prosesinə qoşulmaq və ən qısa zamanda vaksin vurdurmaqdır.

Qeyd edək ki, Azərbaycanda yoluxma sayı 1200 nəfəri ötüb. Bu rəqəm son həftələrin ən yüksək göstəricisidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki