image-n1karobka_ads
image-123
image-img1548475backend

Azərbaycanda yol qəzalarının sayı 5 il ərzində azalıb

image-ad_qayo_720x110px

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı təhlil 2021-2025-ci illər üzrə yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələrinin davamlı azalma dinamikasını göstərir.

Doğru.az xəbər verir ki, 2021-ci ilin ilk doqquz ayında 1 171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 2022-ci ildə bu göstərici 7,5 faiz artaraq 1 259-a çatıb və son beş ilin ən yüksək rəqəmini təşkil edib.

Sonrakı dövrdə hadisələrin sayında ardıcıl azalma baş verib. 2023-cü ildə yol-nəqliyyat hadisələrinin sayı 1 204 olub ki, bu da əvvəlki ilə nisbətən 4,4 faiz azdır.

2024-cü ilin yanvar–sentyabr aylarında göstərici 1 031 hadisəyə düşüb – 2023-cü ilə nisbətən 14,4 faiz azalma qeydə alınıb.

2025-ci ilin ilk doqquz ayında isə 905 yol-nəqliyyat hadisəsi baş verib. Bu da ötən illə müqayisədə 12,2 faiz azalma deməkdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki