image-ads_n1karobka_mobile
image-1775323065_qar_yagacaq_qq_1729612912_full_1766738077-768x403backend

Azərbaycanın bəzi ərazilərində qar yağır – FAKTİKİ HAVA

image-add-a-heading

Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 20:00 olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.

Bu barədə “Doğru.az“- a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şağdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.

Yardımlıda saat 17:00 -17:10 radələrində diametri 1.3 mm olan dolu düşüb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki