image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2021-11-23t104655-120backend

Azərbaycanın Əməkdar incəsənət xadimi vəfat etdi

image-728x90px

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.

“Report” xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Atası geoloq, anası isə ingilis dili müəllimi olub.

O, 1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alıb. Növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb.

A.Sultanova məşhur bəstəkar Vladimir Şainski ilə ailəli olub.

1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar. O, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki